525.Az

Almaniya millisi Bakıda


 

Almaniya millisi Bakıda<b style="color:red"></b> DÇ-2018-in seçmə mərhələsində milli komandamızla qarşılaşacaq Almaniya yığması artıq Bakıdadır.
 
Apasport.az saytının məlumatına görə, bu gün Bakı vaxtı ilə saat 17:30-da Düsseldorfdan çarter reysi ilə yola düşən bundestim təxminən 5 saat yarımlıq uçuşdan sonra Azərbaycana çatıb.
 
Qonaqlar hava limanından birbaşa məskunlaşacaqları “Boulevard Hotel”ə yollanıblar.
 
Almaniya yığması Bakıdakı yeganə məşqinə sabah saat 17:45-də çıxacaq. Hazırlıq prosesi oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
 
Qeyd edək ki, Azərbaycan – Almaniya oyunu martın 26-da saat 20:00-da start götürəcək.
 





25.03.2017    çap et  çap et