525.Az

İsveçrə diplomatı Türkiyə XİN-ə çağırıldı


 

İsveçrə diplomatı Türkiyə XİN-ə çağırıldı<b style="color:red"></b> İsveçrənin Ankaradakı səfirinin müavini Türkiyə XİN-ə çağırılıb.

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, diplomatın çağırılmasına səbəb PKK-nın İsveçrənin paytaxtı Berndə mitinq keçirməsi olub.
 
Məlumata görə, PKK-nın aksiyasında Türkiyə prezidentinin ünvanına təhdidlər səsləndirilib.
 
İsveçrənin səfiri Valter Xafner Ankarada olmadığından etiraz onun müavininə bildirilib.
 





27.03.2017    çap et  çap et