525.Az

Britaniyadakı partlayışda xəsarət alanların sayı 30-u keçdi


 

Britaniyadakı partlayışda xəsarət alanların sayı 30-u keçdi<b style="color:red"></b> Böyük Britaniyanın qərbində binaların birində  güclü partlayış nəticəsində xəsarət alanların sayı 32-yə çatıb.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə həkimlərin açıqlamasında bildirilir.
 
Mersisayd qraflığının Virral rayonunda baş verən insident nəticəsində yaralananlardan 30-u yüngül, 2 nəfər isə ağır xəsarət alıblar.   
 
Partlayışın qaz sızması səbəbindən baş verdiyi ehtimal olunur.
 
Partlayış nəticəsində bina tamamilə uçub. Xəsarət alanların hamısı yaxınlıqda yerləşən Çin restoranında olan şəxslərdir. Yaxınlıqdakı digər tikililərə də ziyan dəyib.
 
Hadisə yerinə yanğınsöndürən, polis və həkim briqadaları cəlb edilib. Hadisənin səbəbləri dəqiqləşdirilir.  
 





27.03.2017    çap et  çap et