525.Az

"Volqa"lar qayıdır?


 

"Volqa"lar qayıdır?<b style="color:red"></b>

Rusiyada "Volqa" markalı avtomobillərin istehsalına başlanıla bilər.

Trend-in məlumatına görə, bunu "Vedomosti" qəzetinə müsahibəsində "Rus maşınları" şirkətinin Direktorlar Şurasının sədri Ziqfrid Volf deyib.

Lakin o vurğulayıb ki, "Volqa" markalı avtomobillərin buraxılması barədə qərar hələ qəbul edilməyib.

Z.Volf həmçinin bildirib ki, "QAZ Qrupu" xüsusi minik maşınlarının deyil, digər avtomobil növlərinin istehsalına qayıda bilər.

Xatırladaq ki, QAZ 2008-ci ildə "Volqa"ların istehsalını dayandırıb.

 





27.03.2017    çap et  çap et