525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> Martın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 525.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman. Arabir güclənən şimal-qərb küləyi axşam şimal-şərq küləyi  ilə əvəz olunacaq.
 
Havanın temperaturunun gecə 4-6° isti,  gündüz 10-14° isti, Bakıda gecə 4-6° isti, gündüz  12-14° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  757 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət  gecə 80-90 %, gündüz  60-70 %  təşkil edəcək.
 
Rayonlarda bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı gözlənilir.
 
Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-17° isti,  dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
 
Martın 28-də ölkə ərazisində hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 





27.03.2017    çap et  çap et