525.Az

Elmar Məmmədyarov Azərbaycanın İsraildə səfirliyinin açılması məsələsinə münasibət bildirib


 

Elmar Məmmədyarov Azərbaycanın İsraildə səfirliyinin açılması məsələsinə münasibət bildirib<b style="color:red"></b> “Hər şeyin öz vaxtı var. Danışıqlar gedir, görək, danışıqlar nə ilə yekunlaşacaq”.

APA-nın məlumatına görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın İsraildə səfirliyinin nə vaxt açılacağına dair sualı belə şərh edib.
 
Nazir Azərbaycanın öz siyasətini milli maraqlardan çıxış edərək qurduğunu vurğulayıb: “Hər meyvənin öz vaxtı var. Azərbaycan milli maraqlarına uyğun olaraq öz siyasətini qurur. Danışıqlar gedir, baxaq görək necə olacaq".
 
Yaxın Şərqə səfərini şərh edən Elmar Məmmədyarov bildirib ki, bu, təkcə İsrailə səfər olmayıb: “Mən Fələstinə də səfər edib, orada bir sıra görüşlər keçirmişəm. Azərbaycan Fələstinə həmişə dəstək verib və dəstəyini davam etdirəcək”.
 
XİN başçısı iyunda Bakıda Fələstin xalqına yardım göstərilməsinə həsr olunmuş konfransın keçiriləcəyini deyib.
 





26.04.2013    çap et  çap et