525.Az

Saxlanılan şəxsin polis şöbəsində ölməsinə rəsmi münasibət - Yenilənib


 

Saxlanılan şəxsin polis şöbəsində ölməsinə rəsmi münasibət - <b style="color:red">Yenilənib</b> Daxili İşlər Nazirliyi Goranboy rayon Polis Şöbəsində baş verən ölüm hadisəsinə münasibət bildirib.
 
Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, Goranboy rayonunun Şəfibəyli kənd sakini Qafur Talıbovun şikayət ərizəsi əsasında Goranboy şəhər sakini Rəşad Qarayev izahat verərkən səhhəti qəfil pisləşib və göstərilən tibbi yardıma baxmayaraq, dünyasını dəyişib.
 
Hazırda faktla bağlı Goranboy Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
 
*** 12:30

 
Goranboy Rayon Polis Şöbəsində ölüm faktı qeydə alınıb.
 
APA-nın məlumatına görə, rayon sakini 1977-ci il təvəllüdlü Rəşad Qarayev şöbədə izahat verən zaman anidən özünü pis hiss edərək yıxılıb.
 
Ona təcili tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
 
İlkin ehtimala görə, R. Qarayev ürək tutmasından dünyasını dəyişib.
 
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
 





27.03.2017    çap et  çap et