525.Az

“İrəli” fəalı Azərbaycanı beynəlxalq layihədə təmsil edir


 

“İrəli” fəalı Azərbaycanı beynəlxalq layihədə təmsil edir<b style="color:red"></b>

“İrəli” İctimai Birliyinin gənc fəalı Cavanşir Bayramov Azərbaycanı beynəlxalq layihədə təmsil edir.

Təşkilatdan “525”ə verilən məlumata görə, C.Bayramovun iştirak etdiyi “Variety is the spice of life – try walking in my shoes" adlı layihə Avropa Gənclər Fondunun dəstəyi “Youth for Exchange and Understanding International”ın təşkilatçılığı ilə həyata keçirilir.

Tədbirin keçirilməsində məqsəd hamı üçün bərabər hüquqlar təmin edən açıq fikirli və tolerant cəmiyyət formalaşdırmaqdır.

Layihənin bir il ərzində həyata keçirilməsi nəzərdə tutulur. Layihə nəticəsində gənclərlə işləyən şəxslərin və birbaşa gənclərin mədəniyyətlərarası dialoqda və gender müxtəlifliyi kimi mövzularda məlumatlandırılacaq və yeni fikirli cəmiyyətin formalaşmasına dəstək olunacaq.

Tədbir üç mərhələdən ibarətdir. Bu mərhələlərə daxildir: məşğələlər, təşkilatlar haqqında tədbirlər və “YEU Convention”.

Layihə çərçivəsində 5-13 mart tarixində bir qrup gənc İsveçin Stokholm şəhərində toplanıb. İştirakçılar mədəniyyət və gender normalarının insan həyatındakı rolunu araşdırıblar. Aparılan araşdırmalar mədəniyyətlərarası dialoqun gender perspektivində baş tuta bilməsi üçün bünövrə xarakteri daşıyıb.

Növbəti fəaliyyətlərin Yunanıstan, Makedoniya, Albaniya, Avstriya və digər ölkələrdə keçirilməsi planlaşdırılır.

Ceyhun ABASOV

 





27.03.2017    çap et  çap et