525.Az

SOCAR-ın tərəfdaşı Ukrayna baş nazirinə müraciət etdi


 

SOCAR-ın tərəfdaşı Ukrayna baş nazirinə müraciət etdi<b style="color:red"></b>

"Ukrnafta" dövlət neft şirkəti Ukraynanın baş naziri Vladimir Qroysmana müraciət edib.

"APA-Economics" xəbər verir ki, məktub yerli mətbuat tərəfindən dərc olunub.
 
Müraciətə əsasən, şirkət baş nazirdən tez bir zamanda xam neft və qaz kondensatının satışı üzrə hərracların keçirilməsi qaydalarının dəyişdirilməsini və beynəlxalq treyderlərin  iştirakına, habelə hasil olunan neftin ixracına icazənin verilməsini tələb edir.

Məktubda deyilir ki, 2017-ci ilin martından etibarən ölkədə fəaliyyət göstərən və Kremençuqda yerləşən yeganə neft emalı zavodu "Euro-5" ekoloji standartlarına cavab verən neft məhsullarının istehsalına başlayıb. Bunun üçün də müəssisə Azərbaycandan neft idxalını bərpa edib, nəticədə "Ukrnafta" öz neftini sata bilmir.

"Neft satışları ilə bağlı keçirilən son 3 hərrac baş tutmayıb. Buna baxmayaraq, biz yeraltı sərvətlərdən istifadə etdiyimiz üçün dövlət büdcəsinə külli miqdarda vergi ödəyirik. Nəticədə şirkətin böyük həcmdə neft və qaz kondensatı qalıqları yaranıb. Hazırda hərraclarda satıla biləcək neft və kondensatın cari qiyməti 2,5 mlrd. qrivna təşkil edir", deyə məktubda bildirilir.

 





27.03.2017    çap et  çap et