525.Az

GUAM ABŞ və Yaponiya ilə əməkdaşlığı dərinləşdirəcək


 

GUAM ABŞ və Yaponiya ilə əməkdaşlığı dərinləşdirəcək<b style="color:red"></b> "GUAM ölkələri Yaponiya ilə əməkdaşlıq proqramını reallaşdırmalı və ABŞ ilə belə bir proqram hazırlamalıdır". 
 
APA-nın “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, bunu Ukraynanın baş naziri Vladimir Qroysman deyib.
 
“GUAM ilə ABŞ arasında əməkdaşlığa dair çərçivə proqramının hazırlığını davam etdirmək vacibdir. Vışeqrad dördlüyü ilə (Polşa, Slovakiya, Macarıstan və Çexiya) əlaqələrin inkişafını tam dəstəkləyirəm. Fikrimcə, bu, çox perspektivli bir əməkdaşlıqdır. Əlbəttə, Baltik dənizi və Mərkəzi Avropanın digər ölkələri ilə də əlaqələri davam etdirmək lazımdır”, - deyə V. Qroysman söyləyib.
 
Qeyd edək ki, V. Qroysman 2017-ci ildə GUAM məkanında azad ticarət zonasının fəaliyyətə başlayacağına ümidvar olduğunu vurğulayıb.
 





27.03.2017    çap et  çap et