525.Az

Navalnı 15 sutka həbsə məhkum edildi


 

Navalnı 15 sutka həbsə məhkum edildi<b style="color:red"></b> Moskva şəhərinin Tver Məhkəməsi Korrupsiya ilə Mübarizə Fondunun yaradıcısı, müxalifətçi Aleksey Navalnı haqqında 15 sutkalıq inzibati həbs qərarı çıxarıb.
 
APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, A. Navalnı martın 26-da Moskvada keçirilən etiraz aksiyası zamanı polis tərəfindən saxlanılarkən müqavimət göstərməkdə ittiham olunub. Bu qərardan əvvəl isə müxalifətçi 20 min rubl məbləğində cərimələnib.    
 
Xatırladaq ki, martın 26-da Moskva və Sankt-Peterburq da daxil olmaqla, Rusiyanın 24 şəhərində hökumət əleyhinə etiraz aksiyaları keçirilib.
 





27.03.2017    çap et  çap et