525.Az

İlyumjinov FİDE prezidentliyindən istefa verməyib


 

İlyumjinov FİDE prezidentliyindən istefa verməyib<b style="color:red"></b> Kirsan İlyumjinov Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti postundan istefa verməsi ilə bağlı məlumatları təkzib edib.
 
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə o, TASS-a açıqlamasında bildirib.
 
FİDE prezidenti təşkilatın rəhbəri vəzifəsindən getmədiyini açıqlayıb: "Məni əvəz etmək istəyirdilər, lakin bu alınmadı. Mən heç nəyi imzalamadım, istefaya da getmirəm. Hesab edirəm ki, bu, amerikalıların işidir".
 
Qeyd edək ki, FİDE-nin rəsmi saytında martın 26-da Afinada keçirilən iclasda Kirsan İlyumjinovun təşkilatın prezidentliyindən istefa verdiyi haqda məlumat yerləşdirilib.
 





27.03.2017    çap et  çap et