525.Az

Məhkəmə Akif Çovdarovun vəsatətini təmin etmədi


 

Məhkəmə Akif Çovdarovun vəsatətini təmin etmədi<b style="color:red"></b>

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.
 
APA-nın xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə "Azərtikinti ATF" şirkətinin rəhbəri Azər Quliyevin epizodu üzrə şahid Vilayət Tağıyev ifadə verib. Şahid bildirib ki, Azər Quliyevin bir dəfə adını eşidib.

O, bildirib ki, sinif yoldaşı olmuş iş adamı İsfəndiyar Axundov ondan tikinti sahələrindəki işlərlə tanış olmağı, nəzarət etməyi xahiş edib. Həmin vaxt A. Quliyevin tikinti sahəsində çalışdığını eşidib.

Proses martın 29-da davam edəcək.

 





27.03.2017    çap et  çap et