525.Az

Məmmədyarovla Nalbandyan Moskvada görüşəcək


 

Məmmədyarovla Nalbandyan Moskvada görüşəcək<b style="color:red"></b> Azərbaycan və Ermənistan xarici işlər nazirləri hər iki ölkə prezidentinin görüşünün təşkili məqsədilə görüşəcəklər.
 
APA-nın "İnterfax"-a istinadən verdiyi məlumata görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland İrəvanda keçirdiyi mətbuat konfransında deyib.
 
O bildirib ki, hər iki ölkə prezidentinin görüşü üçün uyğun şəraitin yaradılması məqsədi ilə müəyyən işlər aparılır:

“İki ölkənin xarici işlər nazirləri prezidentlərin görüşünün təşkili üçün yaxın gələcəkdə, yəni bir aydan daha tez müddətdə Moskvada görüşəcəklər”.
 





27.03.2017    çap et  çap et