525.Az

Azərbaycanlı “qanuni oğru” mühafizəçiləri ilə birgə saxlanıldı


 

Azərbaycanlı “qanuni oğru” mühafizəçiləri ilə birgə saxlanıldı<b style="color:red"></b> “Vaxa” Türkiyəyə deportasiya edildi
 
Bu gün səhər saatlarında “Vaxa” ləqəbli Azərbaycan əsilli “qanuni oğru” Baxış Əliyev növbəti dəfə Ukraynadan deportasiya edilib.
 
Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə,  Baxış Əliyev dünən Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Kiyevin “Nauka” prospektində, 5 Azərbaycan əsilli mühafizəçisi ilə birgə saxlanılıb.  Saxlanılanların hamısı səhər reysi ilə “Borispol” aeroportundan Antalyaya göndəriliblər. Bu, son 6 ayda Baxış Əliyevin Ukraynadan 3-cü deportasiyasıdır.
 





26.04.2013    çap et  çap et