525.Az

Trampın reytinqi yenidən ən aşağı səviyyəyə endi


 

Trampın reytinqi yenidən ən aşağı səviyyəyə endi<b style="color:red"></b> ABŞ prezidenti Donald Trampın ölkə əhalisi tərəfindən dəstəklənmə səviyyəsi yenidən ən aşağı həddə düşüb.
 
APA-nın xəbərinə görə, bu barədə “Gallup”ın apardığı sorğunun nəticəsində qeyd olunur.
 
Martın 21-də keçirilən sorğunun nəticələrinə əsasən, respondentlərin 36%-i ABŞ prezidentinin fəaliyyətini müsbət, 57%-i isə mənfi  qiymətləndirib. Əvvəlki sorğuda respondentlərin 37%-i D.Trampın fəaliyyətini dəstəkləmişdi.
 
Qeyd olunur ki, ABŞ-ın sabiq prezidentləri Barak Obama və Bill Klintonun reytinqləri müvafiq olaraq 38 və 37%-dən aşağı düşməyib. Yalnız kiçik Corc Buşun reytinqi bir dəfə 25%-dək enib.
 
Qeyd edək ki, "Gallup"-ın gündəlik sorğularında 1 500 nəfər iştirak edir.
 





28.03.2017    çap et  çap et