525.Az

Marneulidə yeni istifadəyə verilən kitabxanaya 1000-dən çox kitab hədiyyə edildi


 

Marneulidə yeni istifadəyə verilən kitabxanaya 1000-dən çox kitab hədiyyə edildi<b style="color:red"></b> Bu gün Azərbaycanın Mətbuat Şurasının sədri, Milli Məclisin üzvü, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun sədri Əflatun Amaşov azərbaycanlıların kompakt yaşadığı Marneulidə yeni açılan Mərkəzi Kitabxanaya 1 048 kitab hədiyyə edib.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Əflatun Amaşov, Gürcüstan parlamentinin deputatları Tamaz Naveriani, Ruslan Hacıyev, Marneuli rayon bələdiyyəsinin sədri Nəbi Abdullayev, rayon icra hakimiyyətinin başçısı Akif Əliyev və başqaları çıxış ediblər.
 
Ə. Amaşov çıxışında Azərbaycan dövlətinin məqsədinin Gürcüstanda yaşayan soydaşlarımızın hərtərəfli inkişaf etməsi olduğunu bildirib, azərbaycanlı oxucunun kitabxanalara cəlb etməyin vacibliyini vurğulayıb. Deputat Azərbaycan Turizm və Mədəniyyət nazirliyi və Mətbuat Şurası ilə birgə nəşr olunan kitabların kitabxanaya hədiyyə olunmasının davamlı olacağını bildirib.
 
Tədbir çərçivəsində hər iki ölkənin deputatları müasir tələblərə cavab verən yeni kitabxanaya baxış keçiriblər.
 





28.03.2017    çap et  çap et