525.Az

Gürcüstandan Ermənistana "İqla" kompleksi keçirilməsi ilə bağlı daha 1 nəfər saxlanıldı


 

Gürcüstandan Ermənistana "İqla" kompleksi keçirilməsi ilə bağlı daha 1 nəfər saxlanıldı<b style="color:red"></b> Gürcüstanda Ermənistana qanunsuz yolla "İqla" zenit-raket kompleksinin keçirilməsi cəhdi ilə bağlı daha bir nəfər saxlanılıb.
 
APA-nın “tert.am”a istinadən verdiyi məlumata görə, Gürcüstan Daxili İşlər Nazirliyinin Kriminal Polis Mərkəzi Departamentinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə baş İdarəsinin əməkdaşları Tbilisidə Ermənistan Polisinin cinayət-axtarış baş İdarəsi tərəfindən axtarışda olan Ermənistan vətəndaşı Robert A.-nı saxlayıb.
 
Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti “İqla” zenit-raket kompleksinin qaçaqmal yolu ilə Ermənistan gətirilməsi ilə əlaqədar cinayət işi çərçivəsində Dağlıq Qarabağdakı erməni ordusunun keçmiş komandanı Samvel Babayan da daxil olmaqla 3 nəfəri saxlayıb. S. Babayan barəsində 2 aylıq həbs qərarı çıxarılıb.
 





28.03.2017    çap et  çap et