525.Az

“Hüseyn Cavid. Pyeslər” kitabı nəşr olundu


 

“Hüseyn Cavid. Pyeslər” kitabı nəşr olundu<b style="color:red"></b>

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Hüseyn Cavid. Pyeslər” kitabı nəşr olunub.

Nazirlikdən 525.az-a verilən məlumata görə, kitabda görkəmli şair, dramaturq Hüseyn Cavidin “Ana”, “Şeyx Sənan”, “İblis”, “Səyavuş” və “Xəyyam” pyesləri toplanıb.

Pyeslər H.Cavidin 2005-ci ildə nəşr olunan “Əsərləri” 5 cildliyindən götürülərək tərtib edilib. Yeni nəşrdə dramaturqun yazı dili və üslubu olduğu kimi saxlanılıb.

Xalq yazıçısı Elçinin tərtibçisi və ön sözünün müəllifi olduğu kitab “Təhsil” nəşriyyatında çap edilib.

Kitab Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara paylanılacaq.

Cavid QƏDİR

 





28.03.2017    çap et  çap et