525.Az

Azərbaycan səfiri İtaliya televiziyasına müsahibə verdi


 

Azərbaycan səfiri İtaliya televiziyasına müsahibə verdi<b style="color:red"></b>

Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadə İtaliyanın “Rete Sole” televiziya kanalının qonağı olub.

Səfirlikdən “525”ə verilən məlumata görə,  M.Əhmədzadə “Romadakı səfirlər” proqramında iştirak edib.

Proqramın aparıcısı Marko Finelli ilə aparılan söhbətdə Azərbaycan diplomatı ölkəmizin müstəqillik tarixi, inkişaf strategiyası, Azərbaycanda qeyri-neft sektorlarının inkışafı istiqamətində aparılan işlər, ölkəmizin xarici siyasəti, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri, Azərbaycanın multikulturalizm ənənələri, ölkəmizdə təşkil olunan beynəlxalq tədbirlər, habelə Azərbaycan və İtaliya arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri barədə danışıb, İtaliya ilə bağlı təəssüratlarını bölüşüb.

Ceyhun ABASOV

 





28.03.2017    çap et  çap et