525.Az

İlham Sərxanlı: “İnformasiya Departamentinin direktoru kimi işimi davam etdirirəm”


 

İlham Sərxanlı: “İnformasiya Departamentinin direktoru kimi işimi davam etdirirəm”<b style="color:red"></b>

İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tahir Məmmədov aprelin 26-da “Lent.az”a açıqlamasında bildirib ki, baş direktorun müavini Çingiz Aslanov və İnformasiya Departamentinin direktoru İlham Sərxanlının işdən azad olunmaları barədə məlumat doğru deyil: “Onlar işdən azad edilməyiblər, hazırda fəaliyyətlərini davam etdirirlər”.

Aprelin 26-da İlham Sərxanlı “Media forum” saytı ilə əlaqə saxlayaraq hazırda iş başında olduğunu deyib: “Dünən də işdə olmuşam, bu gün də işdəyəm. Mən aprelin 26-da “Media forum” saytına işdən çıxarılmağım xəbəri ilə bağlı “Nə təsdiq edirəm, nə də təkzib” deyəndə, sadəcə, bir gün əvvəl mənimlə bağlı dəqiq olmayan xəbər yayılmasına irad bildirmişəm. Məlumatın mənimlə dəqiqləşdirmədən verilməsini peşəkarlıq baxımından doğru yanaşma saymıram. Bir daha demək istəyirəm ki, İnformasiya Departamentinin direktoru kimi işimi davam etdirirəm”.

 





26.04.2013    çap et  çap et