525.Az

Sarkisyan Ermənistanın vassallıq siyasətinə haqq qazandırır


 

"İŞĞALÇI ÖLKƏ RƏHBƏRİ SÜBUT ETMƏYƏ ÇALIŞIR Kİ, MƏHZ RUSİYA ARXALARINDA DURDUĞU ÜÇÜN AZƏRBAYCANI HƏDƏLƏMƏK MÜMKÜNDÜR"

Sarkisyan Ermənistanın vassallıq siyasətinə haqq qazandırır<b style="color:red"></b>

"Serj Sarkisyan işğal altındakı torpaqlara gedərək oradan bizi "İskəndər"lə hədələyib. Onun bu hədəsinin 2 apreldə keçiriləcək seçkiylə bağlı olduğu hər kəsə aydındır. Ancaq forpost ölkə rəhbəri bu hədəni heç də öz partiyası üçün daha çox səs qazanmaq məqsədilə səsləndirməyib. Axı onun partiyasının əsas "elektoratı" ölülər və ölkədən çıxıb gedənlərdir ki, birincilər istəsələr belə, Sarkisyanın nə dediyini eşitmirlər, ikincilər isə eşitmək belə istəmirlər. Həm də onun partiyasına nə qədər səs veriləcəyi, kiminlə koalisiya quracağı çoxdan müəyyənləşdirilib və buna yaxınlarda Moskvaya etdiyi səfəri zamanı razılıq da alınıb".
 
Bu sözləri Milli Məclisin deputatı Sahib Alıyev deyib.

O bildirib ki, Sarkisyanın "İsgəndər" hədəsinin arxasında parlamentli respublikaya keçiddən sonra yeridəcəkləri vassallıq siyasətinə haqq qazandırmaq məqsədi dayanır:

"Yəni, Ermənistan prezidenti haylara, ən çoxu da onların Amerika və Avropada yaşayan hissəsinə göstərir ki, məhz Rusiya arxalarında durduğu, onları "İskəndər" kompleksiylə təmin etdiyi üçün indi Dağlıq Qarabağa gələrək oradan Azərbaycanı hədələmək mümkündür. Halbuki, əgər Rusiya olmasaydı, ötən ilin aprelində Azərbaycanın keçirdiyi cavab əməliyyatları nəticəsində məsələ birdəfəlik bitmişdi, Sarkisyan kimilərin də ayağı Qarabağ torpağına bir daha dəyməyəcəkdi. Ancaq onun bu hərəkəti ayıya xidmət yox, ayı xidmətidir.
Birincisi, ona görə ki, bu reallıq istər-istəməz Azərbaycanı bəzi cavab addımları atmağa, hərbi-texniki və hərbi-siyasi əməkdaşlıq sahəsində digər tərəfdaşlara üstünlük verməyə vadar edir ki, bu da Rusiya büdcəsi üçün xeyli itki deməkdir. İkincisi, belə hərəkətlər bütövlükdə Azərbaycan-Rusiya əlaqələrinə təsirsiz ötüşmür".

Deputat qeyd edib ki, Sarkisyanın hədəsinin arxasındakı təhlükəyə gəldikdə isə bu həmən adamdır ki, aprel döyüşlərindən dərhal sonra Azərbaycanın azad etdiyi bütün torpaqların qısa zamanda geri qaytarılacağını deyirdi:
 
"Nə oldu? İkincisi, o bildirir ki, "Ermənistanın Ali Baş Komandanı lazım gələndə gözünü belə qırpmadan, "İskəndər" komplekslərinin tətbiqi barədə əmr verəcək". Amma başqa bir reallıq da var ki, Ermənistanın alilikdən uzaq başsız komandanı gözünü qırpmamış həmən "İsgəndər" kompleksi də, onun qərargahı da darmadağın edilə bilər, necə ki, aprel döyüşlərində yüksək rütbəli hərbçilərinin toplaşdıqları qərargahlardan biri darmadağın edilmişdi. Sarkisyan onu da bilməmiş deyil ki, azərbaycanlı oğullar da cəbhənin bütün perimetrləri boyu əməliyat şəraitinə nəzarət etdikəri kimi, düşmənin cəbhədən çox-çox uzaqlarda harada nə gizlətdiklərindən də xəbərdardırlar. Həm də təkcə xəbərdar deyillər, onların sıradan çıxarılmasının yolunu da bilirlər və bunun üçün zəruri texnika da artıqlamasıyla varımızdır".

Ceyhun ABASOV

 





28.03.2017    çap et  çap et