525.Az

Azərbaycan Ankaradakı Kitabxana həftəsində təmsil olunur


 

Azərbaycan Ankaradakı Kitabxana həftəsində təmsil olunur<b style="color:red"></b>

Martın 27-də Ankarada, Türkiyə Milli Kitabxanasında "Yeni informasiya texnologiyaları və kitabxanalar" adlı 53-cü beynəlxalq kitabxana həftəsi başlanıb.

Aprelin 2-dək davam edəcək kitabxana həftəsində Azərbaycan Milli Kitabxanasını Oxuculara xidmət işləri üzrə direktor müavini Ədibə İsmayılova təmsil edir.

Tədbirə Bosniya və Herseqovina, Albaniya, Kosova, Fələstin, Özbəkistan, Türkmənistan, Qazaxıstan və başqa ölkələrin də milli kitabxanalarından nümayəndələr qatılıblar.

Tədbir İstiqlal marşı ilə açılıb, sonra Ankara şəhərinin vali yardımçısı tədbiri açıq elan edərək  kitabxana həftəsinin məqsədlərindən danışıb. Mədəniyyət və Turizm Naziri Nabi Avcı tədbir iştirakçılarını salamlayaraq 53-cü beynəlxalq kitabxana həftəsinin işinə uğurlar arzulayıb, Türkiyədə kitabxana işinin vəziyyətindən, kitab çapından danışıb. Çıxışının sonunda nazir fərqlənən oxucuları, habelə ilin ən çox kitab oxuyanlarını mükafatlandırıb.

Paneldə Azərbaycan Milli Kitabxansının direktor müavini Ədibə İsmayılova "Yeni informasiya texnologiyalarının milli kitabxanalara tətbiqi" mövzusunda çıxış edib, son illərdə milli kitabxanada tətbiq olunan yenilikləri diqqətə çatdırıb.

 





28.03.2017    çap et  çap et