525.Az

Əməkdar artist vəfat etdi


 

Əməkdar artist vəfat etdi<b style="color:red"></b> Əməkdar artist Firuz Xudaverdiyev dünyasını dəyişib.

Mərhumun ailəsindən APA-ya verilən məlumata görə, aktyor bu gün evində vəfat edib.
 
F. Xudaverdiyev bədxassəli şişdən əziyyət çəkirdi. O, bu gün Qobu qəbiristanlığında dəfn olunacaq.
 
Qeyd edək ki, Firuz Xudaverdiyev 1939-cu ildə Bakının Qobu kəndində anadan olub. O, Akademik Milli Dram Teatrının truppasına 1976-cı ildə qəbul olunub və müxtəlif dərəcəli obrazlar yaradıb. Aktyor 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
 
F. Xudaverdiyev 20-dən artıq filmdə, o cümlədən, “Pəncərədə işıq”, “Biz qayıdacağıq”, “Günaydın mələyim” və s. ekran əsərlərində çəkilib.
 





28.03.2017    çap et  çap et