525.Az

MTN polkovnikinin intiharı ilə bağlı cinayət işinə xitam verildi


 

MTN polkovnikinin intiharı ilə bağlı cinayət işinə xitam verildi<b style="color:red"></b> Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyevin təcridxanada intihar etməsi ilə bağlı başlanılan cinayət işinə xitam verilib.
 
APA-nın məlumatına görə, cinayət işi üzrə aparılan araşdırmalar zamanı onun intihar etdiyi sübuta yetirilib.
 
İ. Əliyevin meyitinə ailə üzvlərinin iştirakı ilə keçirilən baxış zamanı üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.
 
Əliyev İlqar Mustafa oğlunun intihar etməsi faktı üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində aparılıb. Həmin cinayət işində hər hansı təqsirkar müəyyən edilməyib.
 
Qeyd edək ki, İ. Əliyev MTN ətrafında baş verən hadisələrlə əlaqədar həbs olunub. O, 2015-ci  il dekabrın 20-də saxlanıldığı Bakı İstintaq təcridxanasında özünü asaraq intihar edib. Bir müddət əvvəl onun barəsində olan cinayət işinə də istintaq orqanı tərəfindən xitam verilib.
 





28.03.2017    çap et  çap et