525.Az

Ərdoğan Bakı-Tbilisi-Qars layihəsinin açılışına qatılacaq


 

Ərdoğan Bakı-Tbilisi-Qars layihəsinin açılışına qatılacaq<b style="color:red"></b> "Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi bu ilin iyun ayında istismara veriləcək".

"APA-Economics" xəbər verir ki, bunu Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Ahmet Arslan bildirib.
 
Onun sözlərinə görə, açılış mərasiminə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılacaq:

"Bu layihə Londonla Pekini birləşdirəcək. Hazırda Çindən Londona daşımalar 45-60 gün ərzində həyata keçirilir. Lakin Bakı-Tbilisi-Qars layihəsi istismara verildikdən sonra bu müddət 3-4 dəfə azalaraq 12-15 günədək azalacaq. Biz il ərzində dəmir yolu vasitəsilə 26,5 milyon ton yük daşıyırıq.

Rəsmi Bakı, Tbilisi və Astana "ildə 10 milyon ton yük verəcəyik" deyirlər. Başqa sözlə, Bakı-Tbilisi-Qars layihəsi istismara verildikdən sonra Türkiyə üzərindən yükdaşımaların həcmi ikiqat artacaq", - deyə nazir qeyd edib.
 





28.03.2017    çap et  çap et