525.Az

Magistratura və rezidenturaya sənəd qəbulu başa çatdı


 

Magistratura və rezidenturaya sənəd qəbulu başa çatdı<b style="color:red"></b> Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura və rezidentura pillələrinə elektron ərizə qəbulu başa çatıb.
 
APA-nın xəbərinə görə, sənəd qəbulu martın 10-dan 28-dək davam edib.
 
Sənəd qəbulu martın 17-də başa çatmalı olsa da, ərizələrini doldurmuş, lakin təsdiq etməmiş namizədlərin sayının çox olması nəzərə alınaraq, proses 28 mart saat 23:59-dək uzadılıb.
 
Bu müddət ərzində magistratura və rezidenturaya ərizə vermək istəyən namizədlərə elektron ərizə formasını doldurub təsdiq etmək imkanı verilib. Ərizələrini hər hansı səbəbdən təsdiq edə bilməyən bakalavrlar martın 28-i saat 17:00-dək Sənəd Qəbulu Komissiyalarına müraciət ediblər.
 
Qeyd edək ki, magistratura imtahanın birinci mərhələsi aprelin 9-da, ikinci mərhələsi iyunun 4-də, rezidentura üzrə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı aprelin 9-da, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı isə iyulun 5-də keçiriləcək.
 





29.03.2017    çap et  çap et