525.Az

ABŞ Senatı Monteneqronun NATO-ya üzvlüyünə dair sazişi ratifikasiya etdi


 

ABŞ Senatı Monteneqronun NATO-ya üzvlüyünə dair sazişi ratifikasiya etdi<b style="color:red"></b> ABŞ Senatı Monteneqronun NATO-ya üzvlüyünə dair sazişi ratifikasiya edib. 
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Monteneqronun NATO-ya üzv seçilməsini 97 senator dəstəkləyib, iki senator “əleyhinə” səs verib, daha bir nəfər isə səs verməyib.
 
Monteneqro artıq 2017-ci ildə NATO-nun üzvü ola bilər.  Üzvlüyə dair qərar ümumxalq referendumda yox, ölkənin parlamentində qəbul ediləcək. 
 
NATO ölkələri 2016-cı ilin mayın 19-da Monteneqronun NATO-ya üzvlüyünə dair protokol qəbul ediblər. NATO-ya üzv olan 28 ölkənin hamısı qeyd olunan sənədi ratifikasiya etdikdən sonra Monteneqro  NATO-ya tamhüquqlu üzv olacaq.  Protokol artıq 24 ölkə tərəfindən ratifikasiya olunub.
 





29.03.2017    çap et  çap et