525.Az

Magistratura və rezidenturaya sənəd verənlərin sayı açıqlandı


 

Magistratura və rezidenturaya sənəd verənlərin sayı açıqlandı<b style="color:red"></b> Bu il Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura və rezidentura pillələrinə sənəd verənlərin sayı açıqlanıb.
 
Dövlət İmtahan Mərkəzindən APA-ya verilən xəbərə görə, magistraturaya 13073 nəfər ərizəsini təsdiq edib ki, onlardan 11809-u Azərbaycan, 1264-ü isə Rus bölməsinin məzunlarıdır.

Rezidenturaya isə 1075 nəfər ərizə verib. Onlardan da 923-ü Azərbaycan, 152-i Rus bölməsinin məzunlarıdır.

Qeyd edək ki, 2017/2018-ci tədris ilində Azərbaycanda ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədi ilə rezidenturaya, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura pillələrinə elektron ərizə qəbulu 10-28 mart tarixlərində aparılıb.

Magistratura imtahanın birinci mərhələsi aprelin 9-da, ikinci mərhələsi iyunun 4-də, rezidentura üzrə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı aprelin 9-da, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı isə iyulun 5-də keçiriləcək.
 





29.03.2017    çap et  çap et