525.Az

Azərbaycan Mərkəzi Bankı məhkəməni uduzdu


 

Azərbaycan Mərkəzi Bankı məhkəməni uduzdu<b style="color:red"></b>

Bakı Apelyasiya Məhkəməsi «Kövsər Bank» ASC- nin səhmdarı E.R.Qurbanovun ərizəsi əsasında işə baxaraq 2013-cü il 24 aprel tarixli qərarı ilə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin «Kövsər Bank»ın iflas edilməsi haqqında qətnaməsini ləğv edib.

«APA-Economics»in xəbər verdiyi kimi, bununla da Mərkəzi Bankın «Kövsər Bank» ASC-nin iflas edilməsi ilə bağlı iddia ərizəsi ləğv edilib.

Qeyd edək ki, 2010-cu ilin dekabrında Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin qərarı ilə minimum məcmu kapital tələbinə əməl etmədiyinə, bank qanunvericiliyinin tələblərini pozduğuna, o cümlədən idarəetməni və cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə Mərkəzi Bankın ardıcıl və davamlı göstərişlərinə riayət etmədiyinə görə «Kövsər Bank» ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziya ləğv edilib.
 
Lakin 2011-ci ilin yanvarında «Kövsər Bank» ASC Mərkəzi Bankı məhkəməyə verib. Bankın mövqeyi ondan ibarət olub ki, AMB-nin «Kövsər Bank»ın lisenziyasının ləğvi ilə bağlı qərarı əsassızdır.

 





26.04.2013    çap et  çap et