525.Az

"Brexit" üzrə danışıqların başlanmasına dair rəsmi bildiriş imzalandı


 

"Brexit" üzrə danışıqların başlanmasına dair rəsmi bildiriş imzalandı<b style="color:red"></b> Böyük Britaniyanın baş naziri Tereza Mey Lissabon sazişinin 50-ci maddəsini əsas tutaraq ölkənin Avropa İttifqqından çıxmasına rəsmi hazırlıq prosedurunun başlanmasına dair rəsmi bildiriş imzalayıb.
 
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, Lissabon sazişinin 50-ci maddəsinə əsasən, əgər bir ölkə Avropa İttifaqından çıxmaq istəyirsə, öz Konstitusiyanın tələblərinə uyğun olaraq qurumdan çıxmaqla bağlı müraciət etməlidir və bundan sonra rəsmi danışıqlar başlamalıdır. Bunun üçün 2 ildən çox zaman tələb olunur.
 
Xatırladaq ki Britaniya hökumətinin Aİ rəhbərliyinə qurumun tərkibindən çıxmaqla bağlı sorğu göndərməsinə icazə verən qanun kraliça II Yelizaveta tərəfindən bu il martın 16-da imzalanaraq qüvvəyə minib.
 





29.03.2017    çap et  çap et