525.Az

"Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı"


 

"Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı"<b style="color:red"></b>

Qafqaz Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı keçirilir.

"Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı"-nın məqsədi gənclərin elmə olan marağını artırmaq, dünyanın müxtəlif universitet, akademiya və institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları və elm adamlarını bir araya gətirmək, bu sahədə əldə olunan təcrübələri digərləri ilə paylaşmaq, qarşılaşdıqları problemləri təhlil etmək, ortaq problemlərin müzakirə olunmasını və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etməkdir.

Tədbirdə çıxış edən universitetin rektoru Ahmet Saniç bildirib ki, ümummilli lider Heydər Əliyev hər zaman təhsilin, elmin inkişafına xüsusi diqqət yetirib. Qafqaz universiteti hər zaman bu cür elmi konfransların, seminarların, tədbirlərin keçirilməsində fəal iştirak edib. Rektor tədbirin sponsorlarına da təşəkkürünü bildirib.

Daha sonra çıxış edən Təhsil nazirliyinin apparat rəhbəri İlham Pirməmmədov isə vurğulayıb ki, təmsil etdiyi dövlət orqanı bu cür tədbirlərin təşkilində çox maraqlıdır. ! Çünki< /span> belə elmi konfranslar elm adamları, tələbələr və gənc mütəxəssislərin peşəkarlığının artırılmasında mühüm rol oynayır.

Təşkilat komitəsi adından çıxış edən Altay Məmmədov isə konfrans barədə< b> məlumat verdi. Onun sözlərinə görə, Konfrans başda Azərbaycan Respublikası Təhsil Nazirliyi və Qafqaz Universiteti olmaqla, Türkiyədən Ataturk Universiteti, Hacettepe Universiteti, Mərmərə Universiteti və Ondokuz Mayıs Universitetinin birgə təşkilatçılığı ilə keçirilir. Konfransa 13 fərqli ölkənin gənc tədqiqatçıları və elm adamları tezislər ilə müraciət etmişdir: «Bunlar-Azərbaycan, Türkiyə, ABŞ, Rusiya, Hindistan,  Avstriya, Ukranya, Misir, İran, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Şimali Kipr Türk Cumhuriyətidir.  Bütünlükdə Təşkilat komitəsinə 900-dən çox tezislə müraciət edilmiş, Elmi heyyətin dəyərləndirməsindən sonra 600-ə yaxın tezisin qəbul edilməsinə qərar verilmişdir.  Nəzərinizə çatdırım ki, tezislərin 82-si adı keçən xarici ölkələrdən daxil olmuşdur ki, onların da yarıdan çoxu bugun aramızda olmaqla seksiyalarda məruzələrini təqdim edəcəklər. Konfransda məruzələrin 4 dildə -  Azərbaycan, Türk, Rus və İngilis dilində təqdim edilməsi qəbul edilmişdir. Konfrans 3 seksiya olmaqla 14 istiqamət üzrə öz işini davam etdirəcək. "Gənc Tədqiqatçıların I.Beynəlxalq Elmi Konfransı"  interdisiplinar mahiyyətdə, yəni fərqli sahələrin eyni anda muzakirə edildiyi bir konfransdır. Təşkilatçılar olaraq bizə də məlumdur ki, muasir dövrdə elmi muhitdə daha çox konkret elm sahələrinə, spesifik istiqamətlərə yönələn konfranslar, seminarlar daha çox tərcih ediləndir. Lakin buna baxmayaraq bizim bu günkü konfransı  interdisiplinar seçməmiz məqsədyönlüdür. Belə ki, məlum olduğu kimi konfrans iştirakçılarının böyük  əksəriyyəti gəncdir. Ölkəyə görə dəyişməklə birlikdə bəzən gənclər elmi muhitdə özlərinin elmi ideyalarını ifadə etmədə müəyyən çətinliklər çəkirlər. Biz müxtəlif ölkələrin gənc tədqiqatçılarını biraraya gətirməklə onların konfransda qarşılıqlı şəkildə elmi fikirlərini rahat ifadə edəbilmələrini təmin etmək, elmi diskussiya aparabilmə bacarıq və vərdişlərini artırmaq, elmlə məşğul olan gənclər arasında networkingi artırmaq və bu yolla Azərbaycanın uğurlu inkişaf strategiyasına, "Qara qızılın insan kapitalına çevrilməsi siyasətinə", "Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf Konsepsiyasına"  bu istiqamətdə öz töhfəmizi vermək arzusundayıq...»             

            Daha sonra çıxış edən millət vəkili, fəlsəfə elmlər doktoru Aydın Mirzəzadə isə ümummilli lider Heydər Əliyevin zəngin irsə sahib olduğunu vurğuladı. Onun sözlərinə görə, dahi şəxsiyyətin bu irsi geniş elmi araşdırma tələb edir.
Konfrans öz işini elmi müzakirələrlə davam etdirib.
 
S.Qarayeva
 

 





26.04.2013    çap et  çap et