525.Az

Kaspşikin ofisində fəaliyyət göstərənlərin sayı artırılır


 

Kaspşikin ofisində fəaliyyət göstərənlərin sayı artırılır<b style="color:red"></b>

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin ofis heyətinin sayının 7 nəfərə kimi artırılması nəzərdə tutulur.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov ötən gün qondarma “Dağlıq Qarabağ Respublikası”nın “rəhbəri” Bako Saakyanla görüşünün yekunlarını şərh edərkən deyib.
 
O, bu və digər texniki məsələlərin müzakirə olunduğunu qeyd edib.

Qeyd edək ki, hazırda ofisdə 5 nəfər fəaliyyət göstərir.

 





29.03.2017    çap et  çap et