525.Az

Trampa dəstək reytinqi antirekord vurdu


 

Trampa dəstək reytinqi antirekord vurdu<b style="color:red"></b> ABŞ prezidenti Donald Trampın ölkə əhalisi tərəfindən dəstəklənmə səviyyəsi yenidən ən aşağı həddə düşüb.
 
APA-nın xəbərinə görə, bu barədə “Gallup”ın apardığı sorğunun nəticəsində bildirilir.
 
Martın 28-də keçirilən sorğunun nəticələrinə əsasən, respondentlərin 35%-i ABŞ prezidentinin fəaliyyətini müsbət qiymətləndirib. Bundan əvvəlki sorğuda isə respondentlərin 36%-i D.Trampın fəaliyyətini dəstəkləmişdi.
 
Qeyd olunur ki, iki aylıq prezidentlik dövründə Barak Obamanı 60%-dan, kiçik Corc Buşu isə 50%-dən çox respondent dəstəkləyib. "Gallup"-ın gündəlik sorğularında 1 500 nəfər iştirak edir.
 





30.03.2017    çap et  çap et