525.Az

Türkiyə baş naziri: “Suriyada yeni əməliyyatın keçirilməsi mümkündür”


 

Türkiyə baş naziri: “Suriyada yeni əməliyyatın keçirilməsi mümkündür”<b style="color:red"></b> "Fərat qalxanı" əməliyyatının başa çatdığını təsdiqləyən Türkiyənin baş naziri Binali Yıldırım gələcəkdə ölkənin təhlükəsizliyinə təhdid olduğu təqdirdə yeni əməliyyatın keçirilməsinin  mümkünlüyünü vurğulayıb.
 
APA-nın xəbərinə görə, bu barədə B.Yıldırım NTV telekanalına müsahibəsində deyib.
 
“İki min kvadratmetrdən çox ərazi terrorçulardan azad edilib. Hazırda orada “Azad Suriya Ordusu” yerləşib. "Fərat qalxanı" əməliyyatı başa çatıb. Lakin gələcəkdə təhdidlər baş versə yeni adla yeni əməliyyata başlanıla bilər”, deyə B.Yıldırım vurğulayıb.
 
Qeyd edək ki, “Azad Suriya Ordusu” Türkiyə Silahlı Qüvvələrinin köməyi ilə 2016-cı il,  avqustun 24-dən etibarən Suriyanın şimalında İŞİD silahlılarına qarşı əməliyyata başlamışdı.
 





30.03.2017    çap et  çap et