525.Az

İvanka Tramp prezidentin xüsusi müşaviri olacaq


 

İvanka Tramp prezidentin xüsusi müşaviri olacaq<b style="color:red"></b> ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp rəsmi olaraq dövlət qulluqçusu olacaq və Ağ Evdə pulsuz işləyəcək.
 
APA-nın xəbərinə görə, bu barədə “The New York Times” yazıb.
 
Məlumata görə, onun vəzifəsi “prezidentin xüsusi müşaviri” adlanacaq. İvanka Trampın artıq Ağ Evdə iş otağı da var.
 
Bundan əvvəl İ.Tramp atasının administrasiyasında hər hansı vəzifə tutmayacağını bildirirdi. Qeyd edək ki, İvanka Trampın həyat yoldaşı  Cared Kuşner ABŞ-ın yeni prezidentinin böyük müşaviri vəzifəsində çalışır.
 





30.03.2017    çap et  çap et