525.Az

Cənubi Koreya məhkəməsindən sabiq prezident barəsində həbs qərarı


 

Cənubi Koreya məhkəməsindən sabiq prezident barəsində həbs qərarı <b style="color:red"></b> Cənubi Koreya məhkəməsi sabiq prezident Pak Kın He barəsində həbs qərarı çıxarıb.
 
APA-nın məlumatına görə, bu barədə “YTN” telekanalı xəbər verib.
 
Koreya Respublikasının prokurorluğu məhkəməyə müvafiq sorğu ilə martın 27-də müraciət etmişdi.

Beləliklə, məhkəmə istintaq tərəfindən irəli sürülən ittihamlar ilə razılaşıb. İttihamlar əsasən rüşvət və hakimiyyətdən sui-istifadə etməklə bağlıdır.
 





30.03.2017    çap et  çap et