525.Az

ABŞ Azərbaycan vətəndaşları üçün viza tələbini ləğv edir? - Rəsmi


 

ABŞ Azərbaycan vətəndaşları üçün viza tələbini ləğv edir? - <b style="color:red">Rəsmi</b> ABŞ-ın Azərbaycan vətəndaşlarına aid viza ilə bağlı tələblərində heç bir dəyişiklik olmayıb.
 
APA-nın xəbərinə görə, bunu bəzi saytlarda ABŞ prezidentinin Azərbaycan vətəndaşları üçün sərbəst viza rejimi təsdiq etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirən ABŞ-ın Azərbaycandakı səfirliyi bəyan edib.
 
Səfirlik Amerika Birləşmiş Ştatlarının prezidenti tərəfindən verilən sərəncamlarla bağlı son məlumatları "www.whitehouse.gov" saytından, viza qaydaları və prosedurları haqda məlumatları isə "www.travel.state.gov" və "azerbaijan.usembassy.gov" saytlarından əldə etməyin mümkün olduğunu diqqətə çatdırıb.
 





30.03.2017    çap et  çap et