525.Az

"Məmmədyarovla Nalbandyanın görüşəcəyi barədə məlumatım yoxdur"


 

"Məmmədyarovla Nalbandyanın görüşəcəyi barədə məlumatım yoxdur"<b style="color:red"></b> Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada görüşünün keçiriləcəyi barədə məlumata münasibət bildrib.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycan və Ermənistan XİN başçılarının Moskvada görüşünün keçiriləcəyi barədə məlumatı olmadığını söyləyib: "Bu barədə məlumat olan kimi bildirəcəyik".
 
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland bir neçə gün əvvəl İrəvanda keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistan prezidentlərinin bir aydan gec olmayaraq Moskvada görüşünün hazırlandığı barədə açıqlama vermiş, nazirlərin həmin görüşdə prezidentlərin görüşünün hazırlanması məsələsini müzakirə edəcəklərini bildirmişdi.
 





30.03.2017    çap et  çap et