525.Az

Beynəlxalq Avrasiya Mətbuat Fondu regional layihələrini davam etdirir - Foto


 

BƏRDƏ, TƏRTƏR, AĞDAM VƏ FÜZULİDƏ İCRA HAKİMİYYƏTLƏRİ, MARAQLI TƏRƏFLƏR, AİDİYYATI QURUMLARLA GÖRÜŞLƏR KEÇIRİLİB

Beynəlxalq Avrasiya Mətbuat Fondu regional layihələrini davam etdirir - <b style="color:red">Foto</b>

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə həyata keçirdiyi “Regionlarda Məcburi Köçkün Gənclərinin Vətəndaş Cəmiyyəti Quruculuğunda İştirakının dəstəklənməsi” və “Qadınlar, İcma və Sosial Ədalət: Məcburi Köçkün İcmalarında Gender əsaslı zorakılığın həlli” layihələrini uğurla davam etdirir.

BAMF-dan verilən məlumata görə, sözügedən layihələr çərçivəsində Bərdə, Tərtər, Ağdam, Füzuli rayonlarının icra hakimiyyətləri, maraqlı tərəflər və aidiyyatı qurumlarla görüşlər keçirilib. Bu görüşlər zamanı layihələrin fəaliyyət planı müzakirə olunub, layihələrin keçiriləcəyi məkanlar, hədəf kütləsi müəyyənləşdirilib və digər təkliflər dəyərləndirilib.

Hədəf rayonlarda, Tərtər, Ağdam və Füzulidə məcburi köçkünlərin kompakt yaşadığı qəsəbələrdə layihədən faydalananları təyin etmək üçün sorğu keçirilib. Hər rayonda qadın hədəf qurupları formlaşdırılıb və mərkəzi Tərtər rayonunda olmaqla Qadın Resurs Mərkəzi yaradılıb.

Qeyd edək ki aprel-may ayları ərzində hədəf rayonlarında “Regionlarda Məcburi Köçkün Gənclərinin Vətəndaş Cəmiyyəti Quruculuğunda İştirakının dəstəklənməsi” layihəsi çərçivəsində Bərdə, Tərtər və Ağdam rayonlarından seçilmiş məcburi köçkün gənclərə yeni media bacarıqları, neyro-linqvistik proqramlaşdırma, fərdi inkişaf, icmalar üçün maliyyə axtarışı, layihələrin yazılışı və idarə olunması kimi mövzularda təlimlər keçiriləcək. “Qadınlar, İcma və Sosial Ədalət: Məcburi Köçkün İcmalarında Gender əsaslı zorakılığın həlli” layihəsi çərçivəsində Tərtər, Füzuli, Ağdam rayonlarındakı məcburi köçkün qadınlara və kişilərə və icra hakimiyyəti orqanlarının əməkdaşlarına, qadın hüquqları, məişət zorakılığı, gender əsaslı zorakılıq, beynəlxalq hüquqi normalar erkən evliliyin fəsadları və s istiqamətində təlimlər keçiriləcək.

Bundan başqa layihə çərçivəsində hədəf rayonların qadın qrupları ilə icra hakimiyyəti strukturlarının birgə şəhər görüşləri təşkil olunacaq və müzakirələr aparılacaq. Eyni zamanda qadınları gücləndirmək, müasir texnologiyadan istifadə etmək və informasiya bazasına çıxış əldə etmələri üçün 2 ay boyunca kompüter kursları tədris ediləcək.

Ceyhun ABASOV

 





30.03.2017    çap et  çap et