525.Az

Polis şöbəsinə yeni rəis təyin edilib


 

Polis şöbəsinə yeni rəis təyin edilib<b style="color:red"></b> Kürdəmir rayonuna yeni polis rəisi təyin edilib.

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 4-cü Polis Bölməsinin rəisi Natiq Qasımov tutduğu vəzifədən azad edilərək Kürdəmir Rayon Polis Şöbəsinə rəis təyin olunub. 4-cü Polis Bölməsinə isə hələlik təyinat yoxdur.
 
Qeyd edək ki, bir neçə gün əvvəl Ramil Usubovun əmri ilə Kürdəmir rayon Polis Şöbənin rəisi, polkovnik Rasim Əliyev və müavini polkovnik-leytenant Aqil Tağıyev tutduğu vəzifədən azad ediliblər.
 





27.04.2013    çap et  çap et