525.Az

Avropa Parlamentinin üzvləri Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər ediblər


 

Avropa Parlamentinin üzvləri Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər ediblər<b style="color:red"></b>

Səfərdə iştirak edənlər arasında Avstriya, Yunanıstan, Kipr və Fransa parlamentinin üzvləri var

Avropa İttifaqı-Ermənistan parlamentlərarası dostluq qrupunun üzvləri, Avropa Parlamentinin təmsilçiləri Evard Stadler (Avstriya), Kiriakos Triantafilides, Eleni Teoxarus (Kipr), Fransa parlamentinin üzvləri Valeri Buaye və Qi Tessye, belçikalı professor Bernar Kuli Azərbaycanın erməni işğalı altında olan torpaqlarına qanunsuz səfər ediblər. APA-nın Erməistan mətbuatına istinadən yaydığı məlumata görə, Eleni Teoxarusun rəhbərlik etdiyi nümayəndə heyəti Xankəndində Azərbaycanın işğal altında olan ərazilərində fəaliyyət göstərən separatçı rejimin rəhbərliyi ilə görüşüblər. Qeyd edək ki, Avropa Parlamentinin Kiprdən olan deputatı Eleni Teoxarus 1988-ci ildə hərbi əməliyyatların aktiv dövründə Dağlıq Qarabağda könüllü həkim-cərrah kimi çalışıb. İşğal altında olan ərazilərə qanunsuz səfər edən Fransa parlamentinin üzvü Valeri Buaye isə parlamentə təqdim olunmuş qondarma erməni soyqırımını inkara görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsinin müəllifidir.

 





27.04.2013    çap et  çap et