525.Az

“Falcon 9”un uçuşunu minlərlə insan izlədi


 

“Falcon 9”un uçuşunu minlərlə insan izlədi<b style="color:red"></b>

Telekommunikasiya peykini daşıyan “Falcon 9” raketi ABŞ-ın Kanaveral burnundakı kosmodromdan fəzaya buraxılıb. Raketin birinci pilləsinin təkrarən kosmosa yollandığı tarixi uçuşu dünyada minlərlə insan izləyib.

AzərTAc Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, havaya qalxdıqdan 9 dəqiqə sonra birinci pillə mütəxəssislərin nəzarəti altında Atlantikadakı platformaya enib.

Ötən ilin aprelində bu daşıyıcı raket Beynəlxalq Kosmik Stansiyaya yük aparan “Dragon” kosmik gəmisini orbitə çıxarmışdı. Raketin çoxsaylı istifadəsi layihəsi ilə “SpaceX” kompaniyası məşğul olur. Bu texnologiya kosmosa uçuşları nəzərə çarpacaq dərəcədə ucuzlaşdırmalıdır.

“SpaceX” kompaniyasının sahibi İlon Mask “Falcon 9” raketinin birinci pilləsinin təkrar uçuşunu və geri dönməsini sənaye inqilabı adlandırıb.

Xatırladaq ki, bir qədər əvvəl amerikalı milyarder gələn il iki kosmik turisti Aya göndərməyi vəd edib. Uçuş üçün ödənilən məbləğ və səyahətçilərin adları məxfi saxlanılır.

 





31.03.2017    çap et  çap et