525.Az

Bakıda 16-cı mərtəbədən yıxılaraq ölən azyaşlı qızın şəxsiyyəti müəyyənləşib


 

Bakıda 16-cı mərtəbədən yıxılaraq ölən azyaşlı qızın şəxsiyyəti müəyyənləşib <b style="color:red"></b>

Bakıda 16-cı mərtəbədən yıxılaraq ölən azyaşlı qızın şəxsiyyəti müəyyənləşib.

Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, ötən gecə saat 23.00 radələrində paytaxtın 28 May küçəsində yerləşən çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən düşərək həyatını itirən 13 yaşlı qızın Sunay Məmmədova olduğu məlum olub.
 
Polisdən həmçinin bildirilib ki, S. Məmmədova Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti Rasim Məmmədovun qızıdır.
 
Baş vermiş hadisə ilə bağlı Nəsimi rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanıb. Araşdırmaların sonunda S. Məmmədovanın bədbəxt hadisə və ya intihar nəticəsində öldüyü müəyyənləşəcək.
 
Qeyd edək ki, məlum hadisə ötən gecə saat 23.00 radələrində şəhərin 28 May küçəsində, Dəmiryol İdarəsinin yaxınlığında baş verib.
 
Həmin ünvanda yerləşən çoxmərtəbəli binanın 16-cı mərtəbəsində yaşayan ailənin 13 yaşlı Sunay adlı qızı yaşadığı binanın eyvanından düşərək ölüb.

 





29.04.2013    çap et  çap et