525.Az

Yol qəzasında üç nəfər öldü


 

Yol qəzasında üç nəfər öldü<b style="color:red"></b>

Bakıda baş verən ağır yol qəzasında üç nəfər ölüb.

525.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə,  “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda “VAZ” və “RENO” markalı 2 minik avtomobili toqquşub. FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 3 nəfər qəzada ölüb. FHN-in xilasediciləri deformasiyaya uğrayan avtomobildən meyiti çıxararaq ailələrinə təhvil veriblər

 





29.04.2013    çap et  çap et