525.Az

Trampdan növbəti qəribə hərəkət - Video


 

Trampdan növbəti qəribə hərəkət - <b style="color:red">Video</b>

ABŞ prezidenti Donald Tramp iki qərarı imzalamaq üçün köməkçisi Mayk Pens və digər vəzifəli şəxslərlə kamera qarşısına keçib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, "Hər kəsə təşəkkür edirəm. Qərarın güclü nəticələrini çox qısa bir zamanda görəcəksiniz" dedikdən sonra masa arxasına keçmək əvəzinə, anidən otağı tərk edib. M.Pens onun arxasınca gedərək sənədləri imzalamalı olduğunu desə də, prezident dayanmayıb.
 
Pens isə bütün media nümayəndələri qarşısında sənədlərin olduğu qovluğu götürərək Trampın arxasından getmək məcburiyyətində qalıb.

Bütün bunlar "Trampın təcili işi var" şərhlərinə səbəb olub.

 





01.04.2017    çap et  çap et