525.Az

Gülər Əhmədova təcridxanadan çıxarıla bilər


 

Gülər Əhmədova təcridxanadan çıxarıla bilər<b style="color:red"></b>

Vəkil Əfsər Talıbov hazırda həbsdə olan sabiq deputat Gülər Əhmədova ilə görüşüb.

Bu barədə APA-ya məlumat verən Ə. Talıbov bildirib ki, G. Əhmədova ürək ağrılarından əziyyət çəkir: “Onun ürəyinin EXO-kardioqram olunması üçün Bakı İstintaq Təcridxanasının rəisi Azər Seyidova müraciət etmişəm”.
 
Qeyd edək ki, G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

 





29.04.2013    çap et  çap et