525.Az

İranın Prezident Administrasiyasının rəhbəri azərbaycanlılardan danışıb


 

İranın Prezident Administrasiyasının rəhbəri azərbaycanlılardan danışıb<b style="color:red"></b>

İran prezidenti Mahmud Əhmədinejadı Təbriz səfərində müşayiət edən Prezident Administrasiyasının rəhbəri İsfəndiyar Rəhim Məşayi aprelin 28-də jurnalistlərə açıqlamasında Azərbaycanın İran tarixindəki rolundan danışıb.

“Media forum” saytının məlumatına görə, İsfəndiyar Rəhim Məşayi deyib ki, İran milli kimliyinin qorunub saxlanması üçün Azərbaycana borcludur: “Tarix göstərir ki, ölkə milli kimliyinin, heysiyyətinin və ərazi bütövlüyünün qorunması üçün həmişə Azərbaycana borclu olub. İran inqilabının qələbə çalmasında da belə olub. Bizim tarixdə Azərbaycan haqqında yazılanlar bu torpaqdakı igidliklərdən, qəhrəmanlıqlardan, yüksək zəkadan, bilikdən, comərdlikdən, ayıqlıqdan və fədakarlıqdan xəbər verir.

Azərbaycanın yetişdirdiyi Səttarxanlar, Bağırxanlar və digər sərkərdələr ölkənin qəhrəmanlıq tarixində ulduz kimi parlayırlar. Azərbaycanın “21 Həmzə” və “Aşura” diviziyaları müqəddəs müdafiə illərində (8 illik İran-İraq müharibəsi nəzərdə tutulur – red.) döyüş cəbhəsində qəhrəmanlıqla vuruşan əsas diviziyalardan olub. Azərbaycanlıların İran islam inqilabının qələbə çalmasında, irəliləməsində də rolu böyükdür”.

 





29.04.2013    çap et  çap et