525.Az

Bakıda polisi maşın vurub


 

Bakıda polisi maşın vurub<b style="color:red"></b>

Bakıda polis əməkdaşını maşın vurub.

Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Buzovna qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini Əli Əliyev idarə etdiyi BMW markalı avtomaşınla həmin ərazidə xidmət aparan  Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin inspektoru, polis serjantı Famil Əhmədovu vuraraq hadisə yerindən qaçıb. Nəticədə xəsarət alan F. Əhmədov hospitala yerləşdirilib.
 
Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən Ə. Əliyev tutulub.

 





29.04.2013    çap et  çap et