525.Az

Aeroportda baş verən insidentlə bağlı rəsmi məlumat


 

Aeroportda baş verən insidentlə bağlı <b style="color:red">rəsmi məlumat</b>

Daxili İşlər Nazirliyi Heydər Əliyev Beynəlxalq Aeroportunda baş verən insidentlə bağlı məlumat yayıb.

525.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, aprelin 28-də saat 22.35 radələrində Heydər Əliyev Beynəlxalq Hava Limanının yerli uçuşlar üçün nəzərdə tutulmuş terminalının qarşısında Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Emil Seyidovla Babək rayon sakini, 1985-ci il təvəllüdlü Yunis Ələkbərov arasında münaqişə baş verib, nəticədə Y. Ələkbərov xəstəxanaya yerləşdirilib. 
 
Fakt üzrə cinayət işi başlanmış, istintaq aparılır.

 





29.04.2013    çap et  çap et